Xəzər Xəbər

İmmun sisteminizin çökdüyünü göstərən 10 əlamət – Birincili immunodefisit nədir?

Maraqlı | 13:27 • 19 Yanvar 2020
İmmun sisteminizin çökdüyünü göstərən 10 əlamət

Bizim immun sistemimiz çpx mürəkkəb bir pazl və matrisadır. İndiyə kimi insan immunitetinin necə işləməsi, nədən ibarət olması elm tərəfindən dəqiq tapılmayıb.

Lakin bir şübhəsiz fakt var ki: immun sistemin mərkəzi orqanları döş qəfəsi arxasında sümük iliyindən başlayır. Məhz orda immun hüceyrələri hazırlanır.

İmmun sistem insanı xarici və daxili düşmənlərdən, yad viruslardan, bakteriya və göbələklərdən və mutant hüceyrələrdən qorumaq üçün yaradılıb.
İmmunitet 2 cür olur: qazanılmış və anadangəlmə. Onlar ikisi birlikdə bir sistem kimi çalışır, ayrı-ayrılıqda ola bilməz.

Medicina.az xəbər verir ki, immun sistemin pozulması, çatışmaması birincili və ikincili olur. İkinci defisit QİÇS infeksiyalar, virusların təsiri ilə yaranır. Eləcə də kimya terapiya, şüa və radiasiyadan pozulur

Həm birincili, həm ikincili immun defisit ağır xəstəliklərdir, asanlıqla müalicə olunmur və reklam olunan immunstimulyatorlarla bərpa edilmir.

Birincili immundefisitin 10 əlaməti:

- Ailədə kimdəsə birincili defisitin olması və bu səbəbdən erkən ölüm faktları
- İl ərzində 7 və daha çox irinli otitin baş verməsi

- İldə 2 dəfə ağır sinusitin olması
- İldə 2 və daha çox pnevmoniyanın keçirilməsi

- 1 ay müddətində antibiotik qəbulunun təsirinin olmaması
- Dəridə və yumşaq toxumalarda təkrarlanan yara, irinli absess

- 2 və daha çox meningit, sepsis və s. ağır infeksiyalardan keçmə
- Uşaq və yeniyetmələrdə selikli qişalarda təkrarlanan göbələk

- Vərəm, kif göbələyi, pnemoniyanın atipik oyadıcıları ilə xəstələnmə

Göründüyü kimi 1 il ərzində bir neçə dəfə bu kimi xəstəliklərin əlində çarəsiz qalan insan artıq birincili immun defisitindən şübhələnməli və müvafiq analizlərdən keçməlidir.

Xəbər lenti