Xəzər Xəbər

İtaliyada qabanlar narkotacirləri tutmağa kömək edib

Maraqlı | 14:56 • 22 Noyabr 2019
İtaliyada qabanlar narkotacirləri tutmağa kömək edib

Kokain ehtiyatlarını meşə saxlanclarında gizlədən italiyalı narkotacirlərin planları vəhşi qabanlar tərəfindən pozulub.


Xezerxeber.az xəbər verir ki, qabanlar saxlancları aşkarlayaraq 17 min funt sterlinq dəyərində narkotik vasitələri meşəyə dağıdıb. Bu fakt polislərin işini xeyli yüngülləşdirib.


İtaliyanın hüquq-mühafizə orqanları vəhşi heyvanların gözlənilməz hərəkətindən şikayət edən narkotik alverçilərinin danışıqlarını dinləyərək insidentdən xəbər tutublar.


Nəticədə polis narkotik vasitələrin alveri ilə məşğul olan dörd nəfəri saxlayıb.

Xəbər lenti