Xəzər Xəbər

Polislərin “tetris”i trendə çevrildi FOTO

Maraqlı | 16:53 • 19 Sentyabr 2019
Polislərin “tetris”i trendə çevrildi

İsveçrədə sentyabrın 1-dəSürix polisinin "Facebook” səhifəsində paylaşdığı foto trendə çevrilib.

İki polis məmurununavtomobil və ləvazimatları ilə düzəltdikləri "tetris” fotoları Hollandiyadan Sinqapura, Almaniyadan Meksikaya qədər dünyanın fərqli nöqtələrində yayılan yeni çılğın trendə çevrilib.

Bir çox şəhərlərin polis, yanğından mühafizə və xilasetmə dəstələri dron vasitəsilə çəkilən oxşar fotoları sosial şəbəkədə paylaşmağa başlayıblar.

"Hər bazar günü "Facebook” və "Instagram”da həyəcanverici, xoş və gülməli bir fotomuzu paylaşırdıq. Son fotoda bir polis maşını da qoyduq və yanına ləvazimatları düzdük. Sonra bunu dron vasitəsilə yayımladıq”, -Sürix polisinin mətbuat xidmətinin rəhbəri Rebekka Tilen İngiltərənin "Guardian” qəzetinədeyib.

Tilen qeyd edib ki, başqa dövlətlərin polis və yanğındanmühafizə idarələri ilə yanaşı, özəl şirkətlər də trendə qoşulublar.

Xəbər lenti