Xəzər Xəbər

Məşhur skeletlərin sirri açıldı: Demə... – 17 əsrlik müəmma

Maraqlı | 10:06 • 14 Sentyabr 2019
Məşhur skeletlərin sirri açıldı:

Əl-ələ tutmuş halda tapıldığına görə dünyada "Modenalı sevgililər” adıyla tanınan məşhur skeletlərin iki kişiyə məxsus olduğu aşkarlanıb.

2011-ci ildə İtaliyanın Modena şəhərində tapılan iki skeletin bu günədək bir qadın və kişiyə məxsus olduğu bildirilirdi.

Sümüklər çürüdüyü üçün bu günədək araşdırma apara bilməyən arxeoloqlar diş minasındakı proteyindən istifadə edərək cinsiyyəti müəyyən etməyə imkan yaradan texnologiya sayəsində skeletlərin iki kişiyə məxsus olduğunu açıqlayıb.

IV-VI əsrlərdən qaldığı ehtimal olunan skeletlərin aid olduğu insanlar arasındakı münasibətlər isə arxeoloqlara görə, hələ də öz sirrini qoruyur. Araşdırmaçılar iki yetkin kişinin əl-ələ tutmuş halda dəfn olunduğunu düşünür.

Arexoloq Federiko Luqli iki kişinin qardaş, qohum və ya həyatını itirmiş əsgər ola biləcəyinin ehtimallara daxil olduğunu bildirib.

Bolonya Universitetinin elm adamları bu tapıntı sayəsində o dönəm İtaliyada həyata keçirilən dəfn mərasimlərinə dair yeni məlumatlar əldə edəcəklərini istisna etməyib./teleqraf

Xəbər lenti

Çox oxunanlar