Xəzər Xəbər

Kiçik ölümdən böyüyə doğru gözünüzü yummaqdan qorxmayın

Maraqlı | 15:36 • 21 Avqust 2019
Kiçik ölümdən böyüyə doğru

Dünya əhalisinin artıq 30 faizinin probleminə çevrilən yuxusuzluq ürək çatışmazlığının inkişafına səbəb olur

Yuxusuzluğa düçar olan insanlarda ürəyin işemik xəstəlikləri, insult və ürək çatışmazlığı riski artır.

Bu barədə Stokholmda tədqiqat aparan isveç alimləri EurekAlert! nəşrində yazıblar.

Karolina Universitetinin alimləri 1,3 milyon insanın məlumat bazasını araşdırıblar. Onlar yuxusuzluğun genetik amillərini nəzərə alan Mendel metodundan istifadə ediblər. Bu üsul yuxusuzluqla ürək xəstəlikləri arasında daha dəqiq səbəb-nəticə əlaqələrini tapmağa imkan verir. Məlum olub ki, yuxusuzluğa səbəb olan gen variantlarının mövcudluğu insult və digər ürək pozuntuları rsikini artırır.

Daha öncəki araşdırmaların nəticələrinə görə, dünya əhalisinin artıq 30 faizinin probleminə çevrilən yuxusuzluq ürək çatışmazlığının inkişafına səbəb olur./Sputnik.

Xəbər lenti