Xəzər Xəbər

Yüksək təzyiqi salan 15 qida Hipertoniklərin xilası

Maraqlı | 12:26 • 22 İyun 2019
Yüksək təzyiqi salan 15 qida

Təzyiqdən əziyyət çəkənlərin evində soyuducuda, masada bu ərzaqlar olsa, onlar təzyiqin qarşısını asanlıqla alar, bir az narahatlıq hiss edən kimi, bu vasitələrlə özlərinə kömək edərlər.


XəzərXəbər medicina.az-a istinadən bildirir ki, alimlər yüksək təzyiqə qarşı təsirli qidaları sadalayıb.


1.Təzə giləmeyvələr


Qarağat, moruq, böyürtkən, gilas, çiyələk və s. tərkibində olan flavanoidlər arterial hipertenziyanı salır.

Tədqaiqatlar göstərib ki, gündə bir fincan miqdarında hər hansı giləmeyvə yeyən şəxsrlərdə təzyiq həmin gün 8% azalır.


2.Ərik qurusu


Amerika Ürək assosiasiyası məsləhət görür ki, təzyiqi kontrolda saxlamaq üçün kaliy lazımdır. Çünki kaliy təzyiqə səbəb olan çox miqdarda natriumu yuyub aparır. Kaliy isə quru ərikdə 1,500 mq, təzəsində isə 435 mq-dır. Ona görə təzyiq xəstəsi gündə 10-12 ədəd ərik qurusu yeməlidir.


3.Banan


Bu tropik meyvə də kaliy və maqniy mənbəyidir. Ürəyi qidalandırır. Səhər yoqurta banan qatıb yemək lazımdır ki, sutka ərzində təzyiq çox yuxarı qalxmasın


4.Darçın


Bu ədviyyat sistolik və diastolik təzyiqi salır. Eləcə də diabet xəstələri üçün vacibdir.


5.Yağlı balıq -losos, skumbriya


Omeqa 3 ilə zəngin balıq həftədə 2 dəfə yeyilməlidir.


6.Təzə çuğundur şirəsi


Bir stəkan şisə təzyiqi 5 saat ərzində aşağı salır


7.Qatıq, kefir, duzlu kələm


Fermentləşdirilmiş məhsullar təbii probiotik olub, həm bağırsaqları tənzimləyir, həm də təzyiqi salır.


8.Sarımsaq


Təzyiqi olanlar yeməklərinə duz əvəzinə sarımsaq qatsınlar. Gündəlik rasionunda 3 ədəd sarımsaq olan xəstələrdə təzyiq çox yüksəlmir


9.Hibiskus güllərindən çay


Hipertoniklər tünd çay və qəhvəni azaltmalı, əvəzinə hibiskus çayı içməlidir. Bu çay və bitki satışda var. Hər gün 2 stəkan için


10.Kivi


Az adam bilir ki, kivi təzyiqi slaır. Bunun üçün gündə 2-3 dəd kivi yemək bəs edir.


11.Təmiz zeytun yağı


Təzyiq xəstələri soyuq və isti yeməklərdə bu yağdan istifadə etməli və eləcə də təmiz keyfiyyətli zeytun yağından gündə 2 çay qaşığı sadəcə qəbul etməlidirlər.


12.Pomidorlar


Bu tərəvəzdə likopin vardır ki, o da damarları xolesterindən təmizləyir. Təzyiq xəstələri hər gün 1 stəkan təzə tomat şirəsi içməlidir.


13.Mərci, lobya


Bu paxlalılar orqanizmi təbii enerji ilə təmin edir, ürəyin işini aktivləşdirir, bu da təzyiqi qaydada saxlayır


14. Günəbaxan tumu


Maqniy mənbəyidir. Amma təzyiqi olanlar satışda duzlanmış paket tumları yox, sadə tumlar alıb özləri qovurmalıdır. Gündə 1 ovuc bəs edir ki, təzyiqə kömək etsin


15.Turş alma


Təzyiqi salır, xolesterini azaldır. Gündə 1-2 ədəd turşaşirin alma sortundan yeyin.

Xəbər lenti