Xəzər Xəbər

Xərçəngə qarşı dərman kəşf edildi Qarışqalar sayəsində

Maraqlı | 13:40 • 19 Aprel 2019
Xərçəngə qarşı dərman kəşf edildi

Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.


Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

Xəbər lenti