Xəzər Xəbər

Ərdəbildə 3 min il yaşı olan əşyalar tapıldı

Maraqlı | 12:48 • 19 Aprel 2019
Ərdəbildə 3 min il yaşı olan əşyalar tapıldı

Güney Azərbaycanın Ərdəbil vilayətinin Polis İdarəsinin rəisi Meşginşəhrdə 3 min illik antik əşyaların tapıldığını bildirib.

İdarənin rəisi, general Huşəng Hüseyni tarixi əsərlərin Məzrə Xələf kəndində bir yaşayış evindən tapıldığını deyib.

Onun sözlərinə görə, polis evə baxış keçirərkən 6 saxsı qab, 1 yağ çırağı, 78 bürünc pərçim əsəri, 3 bürünc halqa, fil dişindən 2 üzük, 2 bürünc qılınc və 1 ağırlıq daşı aşkar olunub.

Mədəni İrs İdarəsinin eksperti antik əsərlərinin 3 min il əvvələ aid olduğunu deyib.

Tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanılaraq məhkəməyə göndərilib./teleqraf

Xəbər lenti