Xəzər Xəbər

Dünyaya ən yaxın planet Merkuri imiş Yeni araşdırma

Maraqlı | 15:36 • 18 Mart 2019
Dünyaya ən yaxın planet Merkuri imiş

Dünyaya ən yaxın planet hansıdır?

Çox insanın verəcəyi cavab təbii ki Veneradır. Ancaq əslində Dünyaya ən yaxın planet Merkuri ola bilər.

Martın 12-si "Physics Today” jurnalında dərc olunan məqaləyə əsasən, Venera ilin müəyyən dövründə Dünyaya ən yaxın planet mövqeyinə gəlir. Ancaq Merkuri planeti isə daha uzun bir müddət Dünyaya ən yaxın planet mövqeyində qalır.

İnsanlar iki planet arasındakı məsafəni hesablayanda, əsasən iki planetin orta hesabla məsafələrini Günəşə olan məsafələrindən çıxırlar. Lakin bu hesablama üsulu iki planet arasında olan ən yaxın məsafəni ölçmək üçün istifadə olunur. Planetlər müxtəlif sürətlərlə hərəkət etdiyi üçün onlar arasındakı məsafələr dəyişə bilir.

Tədqiqatçılar, planetlər arasındakı məsafələri ölçmək üçün "Nöqtə çevrəsi” üsulu adı verilən yeni bir riyaziyyat üsulu inkişaf etdirib. Bu üsul planetlər arasındakı ən yaxın və uzun nöqtələri hesablayaraq ortaq bir rəqəm çıxarır.

Bu şəkildə hesablasaq, Merkuri Dünyaya ən yaxın planet olaraq müəyyənləşdirilib. Eyni zamanda, Merkuri Saturn, Neptun və digər bütün planetlərə ən yaxın planetdir./metbuat.az

Xəbər lenti