Xəzər Xəbər

Makedoniyalı İskəndərlə bağlı DƏHŞƏTLİ FAKT: farslara şərab içirir, diri-diri yandırır, sonra...

Maraqlı | 14:08 • 18 Mart 2019
Makedoniyalı İskəndərlə bağlı DƏHŞƏTLİ FAKT:

Qədim dünya tarixinin ən parlaq səhifələri Makedoniyalı İskəndərin adı ilə bağlıdır. Qüdrətli sərkərdənin adı həm də eyş-işrət məclisləri, şərab gecələri ilə məşhurdur. Amma heç kimin ağlına da gəlməzdi ki, bu məclislər onlarla insanın həyatına son qoyar.

İmperatorun içkiyə olan ehtirası irsi idi. Bura həmçinin zəmanənin tələblərini, xalqın mədəniyyəti faktorunu da daxil edə bilərik. Makedoniyada şəraba su qatmadan içərdilər. Yunanlarsa onların bu ənənəsini barbarlıq adlandırırdılar. İskəndərin valideynləri onu lap gənc yaşlarından şəraba meyilli böyütmüşdülər.

Buna baxmayaraq, o, zəmanəsinin ən savadlı siyasi xadimi idi. İskəndər fəlsəfənin atası sayılan Aristoteldən dərs almışdı və onu hər zaman müdriklər müşaiyət edərdilər.

Fars şəhərlərinin birinin istilası zamanı Kalan adlı məsləhətçisi özünü pis hiss edir. Hökmdara bildirir ki, yavaş-yavaş ölmək əvəzinə, özünü yandırmağı üstün tutur. İskəndər onu yolundan döndərmək istəsə də Kalan istədiyi ölümü seçib həyatına son verir. Həmin hadisəni əks etdirən əlyazmaların birində bu dəhşətli hadisə belə təsvir olunur: İskəndərin əmri ilə, mütəfəkkirə od vuruldu. O, alışıb-yandığı müddətdə, insanlar, hətta heyvanlar qışqırmağa başladılar. Kalanın cismi külə çevriləndən sonra isə İskəndər dərin kədərə qərq oldu.

Makedoniyalı İskəndərin qüdrəti həm də onda idi ki, müxtəlif xalqların mədəniyyətini birləşdirməyi bacarırdı. Bu, həm də çox ağıllı siyasi addım idi. Məsələn, o uzun müddət Olimpiya oyunlarını farslara da aşılamaq istəsə də, niyyəti baş tutmadı. Odur ki, spirtli içki üzrə yarışlar təşkil etməyə başladı.

Tezliklə yerli əhali və öz ordusu arasından 41 nəfər iştirakçı seçib müsabiqəni açıq elan edir. Yarışın şərtləri çox sadə idi. Ən çox şərab içən iştirakçı 26 kq-lıq qızıl taca sahib olacaqdı.

Farslar içkiyə çox alışqın olmadıqları üçün tünd şərabdan zəhərlənib ölürlər. Nəticədə 41 iştirakçıdan 35-i yerindəcə dünyasını dəyişir. Digər 6 nəfər, xüsusən də qalıb bir neçə gün sonra həyatdan köçür.

Müdriklər yasa dönmüş bayramı pis əlamət kimi dəyərləndirir və bildirirlər ki, bu ahlar tezliklə İskəndəri tutacaq. Təsadüfə baxın ki, belə də olur. Bir neçə aydan sonra imperator dünyasını dəyişir./publika.az

Xəbər lenti