Xəzər Xəbər

Rekord qıran klip “Youtube”dan silindi

Maraqlı | 10:11 • 21 Fevral 2019
Rekord qıran klip “Youtube”dan silindi

"Mənə dərd oldu, istəmirəm".

"Derdim olsun” mahnısı ilə rekord qıran Reynmen 200 milyon izlənən klipini "Youtube"dan silib.

"Qafqazinfo” xəbər verir ki, gənc ifaçı bu barədə instaqram səhifəsində məlumat verib.

O, mahnını öz istəyi ilə sosial şəbəkədən sildiyini qeyd edib: "Hər kəs bir şey dedi. Kimisi müxtəlif səbəblər irəli sürdü. Yox, mahnını mən silmişəm. Mənə dərd oldu, istəmirəm. Bu mahnı ilə olduğum yerə gəlməmişəm, sabah da o mahnıyla var ola bilmərəm”.

Qeyd edək ki, Türkiyənin bir çox maqazin proqramları klipin saxta yolla baxış sayının artırıldığını iddia etmişdi.

Əksəriyyəti isə bəstənin plagiat olduğunu bildirmişdi.(qafqzinfo.az)

Xəbər lenti