Xəzər Xəbər

Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR: Sən demə, bu həkimlər qadınları...

Maraqlı | 15:46 • 17 Dekabr 2018
Kişi ginekoloqdan SENSASİYALI SÖZLƏR:

"Rus ginekoloqla vicdanlı söhbət” kitabının müəllifi, tibb elmləri naizədi Dmitri Lubnin MDB ölkələrinin səhiyyəsini tənqid edən sensasiyası açıqlama ilə çıxış edib.

Ginekoloq Lubnin həkimlərin qadınları aldatmasından təəssüflə danışıb.

Həkimin sözlərinə görə ginekoloqlar müayinə zamanı qadınları elə qorxudurlar ki, bir xəstəliyin üzərinə digərləri də əlavə olunur. Əslində isə heç nə təqdim olunduğu kimi qorxulu deyil, həkim qəbulunda üzə çıxan bir sıra qadın xəstəliklərini isə ümumiyyətlə müalicə etməyə gərək yoxdur.

Lubnin qeyd edib ki, bu gün Rusiyada müalicə olunan "disbakterioz”, uşaqlıq boynunun eroziyası kimi xəstəliklərə dünya sadəcə gülür.

Uşaqlıq boynun eroziyasına dünyanın heç bir yerində həkimlər toxunmağa cəsarət etmir. Onu yalnız iki şərtlə müayinə etmək lazımdır- cinsi əlaqədən sonra qanaxma yaranarsa, yaxud həddən artıq axıntı olarsa.

Digər hallarda isə analizlər apardıqdan sonra məsələyə müdaxilə etmirlər. Eroziyanı yandırmaq isə çox mənasız prosedurdur.

Bu gün demək olar ki, qadınların hamısında uşaqlıq boynunun eroziyasına rast gəlinir. Bu isə klinikalar və farmakoloji şirkətlər üçün illik gəlir deməkdir. Odur ki, sadaladığım hallara qadınlarda rast gəlinmirsə, qalaq-qalaq pullar xərcləyib bədəninizi zədələməyə gərək yoxdur./publika.az

Xəbər lenti