Xəzər Xəbər

Bizi xəstəliklərdən qoruyan meyvə şirələri - İmmun sistemini necə artıra bilərik?

Maraqlı | 13:08 • 21 Sentyabr 2018
Bizi xəstəliklərdən qoruyan meyvə şirələri -

Xəstəliklərdən qorunmaq və sağlam bir həyat üçün immunitetimizi artırmalıyıq. İmunitet zəif olduğu zaman tez-tez xəstələnə və bir çox viruslara yoluxa bilərik.

AzNews.az immun sistemini gücləndirən meyvə şirələrini təqdim edir:

Portağal şirəsi
Bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Tərkibində kalium, kalsium, folat, B1, B2, B6 mineral və vitaminlər olan portağal suyunun xərçəng xəstəliyinin yaranmasının qarşısını aldığını bilirdinizmi?

Ərik şirəsi
Günə bir stəkan ərik şirəsi içərək başlasaq, günlük A vitaminimizin 3/1 – ni ödəmiş olarıq. Əriyin tərkibində olan vitamin və minerallar qəbzlik, hemoroid, diş xəstəlikləri, şəkər xəstəliyi və ürək xəstəliyinin yaranmasının qarşını alır.

Üzüm şirəsi
Üzüm A,B və C vitaminləri ilə zəngin olan meyvədir. Tərkibində bol miqdarda kalium və dəmir var. Buna görə də bir stəkan üzüm şirəsi bir çox xəstəliklərdən qorumaq üçün əvəzsiz vasitədir.

Nar şirəsi
Xolesterolu və şəkər balansını normada saxlayaraq ürək sağlamlığını qoruyan nar suyu xərçəng hüceyrələrinin də inkişafına maneə törədir. Nar şirəsi həm də bağırsaqdakı parazitləri yox etmək üçün effektiv vasitədir.

Albalı şirəsi
Albalı şirəsi yüksək temperatur xəstəlikləri üçün əvəzsizdir. Qandakı turşulaşmanı da təmizləyən albalı mədə və qara ciyərin normal işləməsinə kömək olar.

Alma şirəsi
Alma vitamin B3, vitamin E və kaliumdan ibarətdir, bu da immunitet sistemini gücləndirir. Qan şəkərini nəzarət altında saxlayan alma şirəsi baş ağrısı üçün yaxşı seçimdir.

Xəbər lenti