Xəzər Xəbər

Geyimlərinizin üzərinə qara bibər əlavə etsəniz... İnanılmaz faydaları

Maraqlı | 13:11 • 13 Avqust 2018
Geyimlərinizin üzərinə qara bibər əlavə etsəniz...

Bu məqalədə sizə qara bibərin bilmədiyiniz faydalarından söz açacağıq.

Qara və pul bibərin faydalarını təqdim edirik.

Paltarların rənginin solmasının qarşısını alır. Bir çay qaşığı qara bibər tünd rəngli paltarların bozarmasının qarşısını alır.

Həşəratları uzaqlaşdırır. Evinizdə qarışqa və siçanlar hökmranlıq etməyə çalışırsa, onların olduğu bölgələrə bibər səpin.

Eynilə, bağda əkdiyiniz çiçək və tərəvəzlərinizi də bu yolla zərərli canlılardan qoruya bilərsiniz.

Buz kimi ayaqlarınızı heç nə isidə bilmirsə, corabınızın içinə bir qədər qırmızı bibər səpin və geyinin.

Qara bibər və təmiz yağın qarışığı dərinizi müxtəlif problemlərdən qoruyur və sızanaqların qarşısını alır.

Qara bibər və bala bir qədər su əlavə edib için. Qəbzlik və həzmsizlik kimi problemlərdən qurtulacaqsınız. Vücudunuz zərərli maddələrdən təmizlənəcək./Publika.az

Xəbər lenti