Xəzər Xəbər

Yelizavettanın nəvəsi qaradərili ola bilər FOTO

Maraqlı | 16:36 • 22 May 2018
Yelizavettanın nəvəsi qaradərili ola bilər

Öz sərt qayda-qanunları ilə tanınan, ənənəyə sadiqliyi ilə bilinən Britaniya kraliçası II Yelizavettanın nəticəsi qaradərili ola bilər. Məsələ burasındadır ki, şahzadəHarri afroamerikalıların qanını daşıyan amerikalı aktrisa Meqan Marklla ilə həyat qurub.

Məlumdur ki, Meqan Marklın anası afroamerikalıdır – Üeni dünyaya gətirilən kölələrin əslindəndir.

Evlilikdən dərhal sonra ictimaiyyətdə yeni varisin görünüşü müzakirə olunmağa başladı. Genetiklər də ictimai rəyi nəzərə alaraq uşağın gələcək «portretini» hazırlayıblar. Onlar ehtimal edirlər ki, gənc cütlüyün ilk vərəsəsi kürən saçlı, qəhvəyi gözlü və qara dərili ola bilər.

Yeri gəlmişkən qeyd edək ki, Kraliça Yelizavettanın toyda narazı siması kameralardan yayınmayıb. KİV-lə yayılan məlumata görə, Kraliçanı narazı salan məqam yeni gəlininin şahzadədən 3 yaş böyük olmasından, bu evliliyə kimi boşanmasından və aktrisalığından da çox narahat edən məqam Meqanın anasının qaradərili (özü də amerikaya gətirilən kölələrin nəslindən) olmasıdır.

faktxəbər

Xəbər lenti