Xəzər Xəbər

Telefonunuzda bu simvolu görsəniz açmayın XƏBƏRDARLIQ

Maraqlı | 17:35 • 16 Fevral 2018
Telefonunuzda bu simvolu görsəniz açmayın

"Apple"ın bəzi cihazlarını istifadə edənlər son dövrdəHindistandan gələn bir mesajla çətin anlar keçirir.

Buna səbəb Hindistanda 70 milyon insanın "teluqu" dilində istifadə etdiyi bir simvolun kompüter və ağıllı telefonları çökdürməsi olub.

"Apple" iOS 11.2.5 və ya macOS işlədən cihazlarda baş verən səhv "Apple"ın mesajlaşma sistemi "iMessages", "Whatsapp", "Facebook Messenger", "Gmail" və "Outlook for iOS" kimi proqramları çökdürüb və sistemlər davamlı olaraq "error" verib.

Alt strukturun simvola uyğun olmaması səbəbi ilə tətbiqlərin öz-özünə bağlandığını bildirən texnologiya mütəxəssisləri, "Əgər bu mesajı görsəniz, silin" deyərək xəbərdarlıq edib.

"Apple"ın bu problemi iOS 11.3 yenilənməsi ilə ortadan qaldıracağı bildirilib.

Xəbər lenti