Xəzər Xəbər

Elə öskürdü ki, qabırğası sındı

Maraqlı | 16:49 • 18 Yanvar 2018
Elə öskürdü ki, qabırğası sındı

ABŞ-ın Massaçusets ştatının sakininin güclü öskürək nəticəsində qabırğası sınıb.

Xəstəxanadan bildirilib ki, bir müddət tibb müəssisəsinə öskürək və sağ tərəfində ağrılar şikayəti ilə 66 yaşlı qadın müraciət edib.

Həkimlər xəstə üzərində müayinə apardıqdan sonra müəyyən ediblər ki, qadının qabırğalarından biri sınıb. Belə ki, qadın son zamanlarda yıxılması və ya hər hansı bir zədə alması barədə fakt olmayıb. Bununla da həkimlər qabırğanın güclü öskürək nəticəsində sındığı qənaətinə gəliblər. (Trend)

Xəbər lenti