Xəzər Xəbər

Almanın möhtəşəm faydası aşkar olundu

Maraqlı | 15:07 • 21 Noyabr 2017
Almanın möhtəşəm faydası aşkar olundu

Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır

Onurğa sütunu ilə problemləri olan insanlar mütləq alma yeməlidir.

XəzərXəbər saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Zdorovye" jurnalında məqalə dərc edilib. Almanın tərkibində olan bəzi spesifik maddələr sümük toxumasını möhkəm və sağlam edir, onurğanı degenerativ proseslərdən qoruyur, osteoporozun qarşısını alır.

Alimlər aşkar ediblər ki, almanın tərkibində olan antioksidantlar osteoklast hüceyrələrin mənfi təsirini azaldır. Osteoklast hüceyrələri sümük toxumasının dağılmasını sürətləndirir. Bu hüceyrələr çoxdursa sümük toxuması bərpa olunmağa çatdırmır ki, zəifləməyə başlayır.

Likopin, flavonoidlər və resveratrolla zəngin olan meyvə və tərəvəzlər də sümük toxumasını daha möhkəm edir. Bu məhsullar arasında pomidor, balqabaq, bibər, kök, üzüm, qırmızı şərab (gündə 1 bokaldan çox olmayaraq), sitrus meyvələri, qoz-fındıq və s. var.

Bundan əlavə kalsiumla zəngin olan süd məhsulları da sümüklər üçün faydalıdır.

Osteoporoz xəstəliyi zamanı sümüklərin mineral sıxlığı azalır ki, bu da sümük və onurğa sütunu xəstəliklərinə, müxtəlif travmaların riskinin artmasına səbəb olur. Statistikaya görə, dünyada orta hesabla 50 yaşdan sonra hər ikinci qadın və hər beşinci kişi osteoporozdan əziyyət çəkir./sputnik.az

Xəbər lenti