Xəzər Xəbər

Kanadada dünyada ən uzun turist cığırı açılıb

Maraqlı | 14:21 • 20 Sentyabr 2017
Kanadada dünyada ən uzun turist cığırı açılıb

Kanadada 24 min kilometr uzunluğunda turist cığırı açılıb.


AZƏRTAC obyektin rəsmi saytına istinadla xəbər verir ki, "The Great Trail" adlandırılan cığır bütün ölkəni əhatə edir və 15 min müxtəlif yaşayış məntəqəsinin ərazisindən keçir.


Üç kanadalı səyahətçi cığırın yaradılması ideyasını hələ 1992-ci ildə bəyan etmişdilər. Müvafiq infrastrukturu yaratmaq üçün marşrutu işarələrlə, yollar və digər elementlərlə təchiz etmək, ayrı-ayrı sahələri birləşdirmək üçün 25 il vaxt lazım olub.


Yolun bəzi hissələrini piyada, velosiped, at və ya xizəklə getmək lazımdır. Bundan başqa, marşrutun 26 faizini su sahələri təşkil edir. Böyük yaşayış məntəqələrində, o cümlədən Qalifaks, Monreal və Ottavada cığır mərkəz və piyada küçələrdən keçir ki, bu da turistlərə təbiətlə yanaşı, şəhər mədəniyyəti ilə tanış olmağa imkanı verir.


Bu günlərdə "Rough Guide" Kanadanı dünyanın ən gözəl ölkələri siyahısına daxil edib.

Xəbər lenti

Çox oxunanlar