Sərnişin təyyarəsi itə görə təcili eniş etdi

23.07.2018 12:03

Sərnişin təyyarəsi balaca itə görə Moskvada təcili eniş etməli olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı "İnterfaks” "Şeremetevo” aeroportunun əməkdaşlarına istinadla məlumat yayıb.

Bildirilib ki, Peterburqdan Moskvaya uçan Boinq-737 təyyarəsinin komandiri yük kabinəsinin açılması ilə bağlı siqnalın daxil olması məlumatını verib. Həmin vaxt təyyarə dörd min metr yüksəklikdə olub.

Təcili eniş zamanı heç kim xəsarət almayıb. Aeroport əməkdaşları laynerin yük kabinəsinin açıq olduğunu təsdiqləyiblər.

"Baxış zamanı yük kabinəsində qəfəsdə olan itin naməlum formada qəfəsin qapısını açdığı, daha sonra isə yük kabinəsinin açılması üçün istifadə olunan düyməni basdığı məlum olub”, - məlumatda qeyd edilib.

Yük kabinəsi tam açılmadığı üçün it təyyarədən çıxa bilməyib və sağ qalıb.

© xezerxeber.az


351 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR