Bir qan analizi xərçəngin 50 növünü müəyyənləşdirəcək

29.11.2020 16:32

Dünyada xərçəngin 50 müxtəlif növünü aşkar edə biləcək ilk unikal qan testi İngiltərənin dövlət klinikalarında 165 min pasiyent arasında sınaqdan keçiriləcək. "Galleri" adlı bu testi onkologiya sahəsində "Müqəddəs Qraalem" adlandırırlar. Onun köməyi ilə xərçəngin erkən mərhələlərində müxtəlif şişləri aşkarlamaq mümkün olacaq. Testlərin uğurlu alınacağı təqdirdə yaxın beş ildə təkcə İngiltərə və Uelsdə bir milyondan çox insan bu sınaqdan keçiriləcək.

XəzərXəbər Modern.az-a istinadla xəbər verir ki, növbəti 10 il ərzində bu üsul dünyanın müxtəlif ölkələrinin geniş yayılmış tibb praktikasına daxil ediləcək.

Qanda şişlərin buraxdığı Deoksiribonuklein Turşusunun (DNT) izlərini axtaran bu test Amerikanın "Grail" şirkəti tərəfindən hazırlanıb. Bu üsulla hər hansı bir simptom insanda özünü büruzə verməzdən xeyli əvvəl onları aşkarlamaq olar. Ekspertlərin fikrincə bu test hər il minlərlə insanın həyatını xilas etmək potensialına malikdir. Məlumdur ki, xərçəngin erkən diaqnozu uğurlu müalicənin əsasıdır.

Bu testin adətən erkən mərhələlərdə təyin olunmayan şişlərin aşkarlanması baxımından daha səmərəli olacağı gözlənilir. Söylənənlər mədəaltı vəzin bədxassəli yenitörəmələrinə, yumurtalıqlara, böyrəklərə, yemək borusuna, baş və boyuna, həmçinin qan xərçəngi növlərinə aiddir. Bu cür testlər dünya onkologiyasının gələcəyidir, buna görə çoxları ümidlə geniş sınaqların nəticələrini gözləyirlər.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR