Koronavirusu təyin etməyin ən sadə yolu açıqlandı

23.10.2020 11:48

Məşhur həkim Yevgeniy Komarovski koronavirus xəstəliyini təyin etməyin sadə bir yolunu açıqlayıb.

Rusiya mətbuatı xəbər verir ki, həkim qoxu və dad hissinin itirilməsinin COVID-19-un ən xarakterik simptomu olduğunu yazdı.

"Odur ki, iybilmə duyğsu diaqnostik hesab edilə bilən yeganə simptomdur, qoxu testi hər hansı bir termometriyadan daha dəqiqdir”, - həkim qeyd edib.

Komarovski həssaslığın itirilməsinin infeksiyanın dad və qoxu qavrayışından məsul olan sinir hüceyrələrinə təsir etməsi səbəbindən meydana gəldiyini əlavə edib.

Həkimin sözlərinə görə, bu prosesə təsir etmək mümkün deyil./Publika.az

© xezerxeber.az


848 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR