Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi

26.09.2020 11:27

Rio-de-Janeyroda 2021-ci ilin fevralında baş tutmalı olan karnaval ləğv edilib.

"Rosbalt”ın məlumatına görə, bu barədə Rio-de-Janeyro Müstəqil Samba Məktəbləri Liqası xəbər yayıb.

Qərar koronavirus pandemiyası ilə əlaqələndirilib.



Liqanın rəhbəri Jorji Kastaneyru jurnalistlərə açıqlamasında tədbirə hazırlaşmaq üçün vaxt və pulun olmadığını deyib.

Buna baxmayaraq, karnaval üçün "digər seçimlər” nəzərdən keçirilir.

Braziliya dünyada koronavirus xəstələrinin sayına görə üçüncü yerdədir. Ölkədə 4.7 milyon yoluxma halı və təxminən 140 min ölüm hadisəsi təsdiqlənib./oxu.az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR