Xərçəngin qeyri-adi simptomları açıqlandı

13.08.2020 11:08

Qandakı kalsium səviyyəsi xərçəngin əlaməti ola bilər.

Bu sözləri məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov söyləyib.

"Əgər təhlillər kalsiumun artmasını göstərirsə, deməli, bu ya paratiroid vəzlərinin artan funksiyasıdır, ya da xərçəngdir”, - "Rusiya-1” telekanalının efirində Myasnikov bildirib.

Həkim izah edib ki, ilk vəziyyətdə dəyərlərə diqqət yetirməlisiniz - hər litrə 13 mola qədər orta hesab olunur. Xərçəng inkişaf edibsə, daha yüksək göstəricilər olacaq. Lakin bu kimi dəyərlər mütləq xərçəngə işarə etmir. Şübhələri bir kənara qoymaq üçün paratiroid hormonları testlərindən keçmək lazımdır.

"Əgər hormonlar normaldırsa, onkologiya deyil. Bu, D vitamini intoksikasiyası ola bilər”, - həkim yekunda qeyd edib./Publika.az

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR