Bu zərərli vərdişə malik insanlar 10 il daha az yaşayır

10.08.2020 12:06

Respirator xəstəlik, xərçəng və ürək-damar xəstəliklərinə düçar olma riski gündə hər çəkilmiş siqaretlə artır.

"Eurekalert” xəbər verir ki, bu qənaətə Cənubi Avstraliya Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırmaçıların apardığı yeni tədqiqtdan 150 mindən çox insanın məlumatları təhlil edilib.

Alimlər belə qənaətə gəlib ki, hər çəkilmiş siqaret (söhbət böyük siqaretçəkmə stajindan gedir) bir sıra xəstəliklərə yoluxma riskini 30% və daha çox artırır. Həmçinin uzunmüddətli siqaretçəkmə emfizem (bədənin hər hansı yerində qazların toplanması xəstəliyi) riskini 17 dəfə, ateroskleroz riskini isə 8 dəfə artırır. Bundan başqa, ağciyərlərin xərçəngi riskini də əhəmiyyətli dərəcədə yüksəlir.

Tədqiqatçı Elina Hipponenin sözlərinə görə, siqaret çəkən insanlar zərərli vərdişi olmayanlardan 10 il daha az yaşayırlar./report

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR