“Koronavirus payızda şiddətlənəcək, amma...”

06.08.2020 13:36

Virusoloq Anatoli Altşteyn koronavirusun ikinci dalğasının oktyabr-noyabr aylarına təsadüf edəcəyini açıqlayıb.

Rusiyalı professor havalar soyuduqdan sonra koronavirus infeksiyasının şiddətlənəcəyini deyib:

"Onun mövsümiliyini əvvəlcədən güman etmək mümkün deyil. Özüm də daxil olmaqla bir çox mütəxəssis yayın istisi fonunda COVID-19-un sakitləşəcəyinə əmin idi. Ancaq səhv etdik”, - o qeyd edib.

Mütəxəssis ikinci dalğada virusun daha da genişlənə biləcəyini, ancaq infeksiya insanlara uyğunlaşdıqca ölüm hallarının azalacağını bildirib./Publika.az

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR