Şahdağ Milli Parkında üçüncü zubr balası dünyaya gəlib

06.08.2020 13:11

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisininhəyata keçirdiyizubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

XəzərXəbər xəbər verir ki,Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müaviniArzu Səmədovaartıq zubr balalarının sayının 3-ə çatdığını bildirib.

O qeyd edib ki, bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub:"İDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə ötən ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından12baş zubr gətirilərək təbiətə buraxılıb”.

A.Səmədova xatırladıb ki, artıq zubrların sayı15-ə çatıb.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR