Kökəldikcə ağlını itirmək - Risk altında qadınlardır

04.07.2020 17:40

London Universitet Kollecinin mütəxəssisləri piylənmə problemi yaşayan insanlarda demensiya riskinin 30 faiz daha yüksək olduğunu müəyyən edən araşdırma aparıblar.

XəzərXəbər Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, təcrübə zamanı alimlər yaşlanmanın könüllülərin orqanizminə təsirlərini müşahidə ediblər.

Onlar müəyyən ediblər ki, müşahidə etdikləri şəxslərdə 10-15 il sonra bədən kütlə indeksi demensiyanın yaranmasına təsir edir.

"Demensiya hazırda bütün bəşəriyyətin ən böyük problemi, sağlam qocalmanın ən böyük təhlükəsidir. Bizim müşahidələrimiz göstərir ki, piylənmə epidemiyası qocalıq ağılsızılığının yayılma vəziyyətini gərginləşdirə bilər", - deyə professor Endryu Stepto bildirib.

Alimlər müəyyən ediblər ki, bədən kütlə indeksi 30-dan yuxarı olanlar normal kütləyə sahib olan yaşıdlarından 31 faiz daha çox demensiya riski yaşayırlar. Bu vəziyyət qadınlarda daha çox müşahidə edilib.

"Hazırda bu əlaqə piylənmə ilə əlaqəli digər faktorlarla izah edilir. Ola bilər ki, bu əlaqə təzyiq və ya bədəndən xolesterolu çıxaran dərmanlar da daxil olmaqla, piylənmə ilə əlaqəli digər amillərə bağlıdır. Biz bunu gələcək işlərimizdə müəyyən edə biləcəyik", - deyə Steptonun həmkarı Ma Yuysyan bildirib.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR