Alimlərin yeni təcrübəsi koronavirusun müalicəsinə kömək edə bilər

03.06.2020 13:37

Çinli alimlər siçanları effektiv formada koronavirusa yoluxdurmağın yolunu tapıblar.

Həkimlərə COVID-19 peyvəndini icad etməyə kömək edə bilən bu məlumat "Cell Host & Microbe” jurnalında yerləşdirilib.

İnfeksiyanı laboratoriya siçanlarına ötürmək və insan reseptorları olan heyvanlar yaratmaq CRISPR/Cas9 texnologiyası sayəsində mümkün olub.

Həkimlər SARS-CoV-2-nin insan orqanizminə nüfuz etməsini təmin edənfermenti (hACE2) əldə ediblər. Mütəxəssislərdən ibarət bir qrup siçanları tənəffüs sistemi və mədə vasitəsi ilə mədə-bağırsaq traktının problemlərini təqlid edərək yoluxdurublar.

Bununla yanaşı, alimlər qeyd ediblər ki, normal şəraitdə qəsdən, düşünülmüş şəkildətəcrübə aparılaraqsiçanların yoluxdurulması olduqca çətindir.

Alimlərin fikrincə, tədqiqat zamanı əldə edilən nəticələr koronavirus peyvəndini sınamaq üçün faydalı ola bilər.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR