Koronavirus özünü məhv edir?

03.06.2020 13:31

Koronavirus pandemiyanın başlandığı zamana nisbətən daha təhlükəsiz olub.

ANSA xəbər verir ki, bu barədə italiyalı həkim - San-Martino Yolxucu Xəstəliklər xəstəxanasının rəhbəri Matteo Bassetti deyib.

Onunsözlərinə görə, virus mutasiyaya uğrayaraqözünü məhv edir.

Oqeyd edir ki, koronavirusun artıq əvvəlki gücü yoxdur.

Başqa ölkələrdən olan bəzi alimlər bu fikirlə razılaşmayaraq koronavirusun yoxa çıxması ilə bağlı fikrə şübhəli yanaşırlar. Bunu İtaliyada hələ də davam edən koronavirus ölümləri ilə izah edirlər.

Qlazqo Universitetinin professoru Oskar Maklinin dediyinə görə, mutasiyaya uğramaq koronavirusu zəiflətsə də, onun İtaliyada, xüsusilə də bütün dünyada ilk formasını dəyişə bilməz. Virusun testlərə əsasən, özünü məhv etməsini demək təhlükəlidir.

Bir qrup alimlər qeyd edir ki, koronavirusa onu daşıyan insanı öldürmək "sərf etmir”, buna görə də zamanla onun zəifləməsi mümkündür.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR