Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Tarixdəki ən irimiqyaslı məhvolmanın səbəbləri alimləri həyəcanlandırdı

01.06.2020 09:44

359 milyon il əvvəl böyük məhvolmanınsəbəbi ultrabənövşəyi radiasiyaya məruz qalmaolub.

Bu barədə "Science Advances” saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmə nəticəsində ozon təbəqəsi tükənib, bunun nəticəsində planetimizə daxil olan radiasiya Devon dövrünün canlılarının əksəriyyəti üçün ölümcül olub.

Tədqiqatlar zamanı qədim bitkilərin qalıqlarının sporları öyrənilib. Onların qeyri-adi forması mütəxəssislərin diqqətini cəlb edib.

Mütəxəssislərin fikrincə, sporların nizamsız formasının səbəbi ultrabənövşəyi radiasiya səbəbiylə DNT-nin zədələnməsi ola bilər. Şüanın təsiri o dövrün flora və faunasının xeyli hissəsini məhv edib. Bəzi bitkilər yaşamağı bacarsa da, meşə ekosistemi pozulub.

Aprel ayında Böyük Britaniya, ABŞ və Cənubi Afrikadan olan elm adamları atmosferəkarbohidrogen tullantılarının hazırkı səviyyəsinin təhlükələri barədə məlumat vermişdilər. Onlar istiləşmənin potensial fəlakətli təsirinin növlərin 73 faizinin məhv olmasına gətirə biləcəyini vurğulayıblar.

Alimlərin fikrincə, okeanın tropik ekosistemləribu vəziyyətə xüsusilə həssasdır. Belə davam edərsə, 2030-cu ildən etibarən artıq geri dönülməsi mümkün olmayan dəyişikliklər başlayacaq.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

02.07.2020 08:57

Şamaxıda zəlzələ oldu

ÇOX OXUNANLAR