ABŞ-da kütləvi dini tədbirlərin keçirilməsinə icazə verilib

27.05.2020 10:31

ABŞ-ın Kaliforniya ştatında müəyyən şərtlər çərçivəsində pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsinə icazə verilib.

CNN telekanalı xəbər verir ki, Kaliforniya ştatının rəhbərliyi 100 nəfərdən çox adamın bir yerə toplaşmaması şərtilə dini ayinlərin yerinə yetirilməsinə icazə verir.

Digər tövsiyədə isə qeyd olunur ki, dini mərasinlər açıq havada keçirilməli, oturacaqlar arasında məsafə azı iki metr olmalıdır.

Yaşlı adamların dini mərasimlərə qatılmasına icazə verilmir. Xor ifalarına və dini əşyaların mübadiləsinə də qadağa qoyulub.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR