Elm adamları şokda: Koronavirus hüceyrədə gizlənir

07.04.2020 16:19

Cənubi Koreyada koronavirusdan sağalmış51 nəfərin hüceyrələrində virus aşkarlanıb.

Bununla bağlı Sondakika.com həmin ölkənin "Yonhap” xəbər agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Cənubi Koreyanın Xəstəliyə Nəzarət və Qarşısının Alınması mərkəzinin Baş katibi Yunq Eun-Kyeonq həmin 51 nəfərin yenidən koronavirusa yoluxmadığını, eyni zamanda, virusun onların hüceyrələrində gizlənib qaldığını açıqlayıb.

Səhiyyə mütəxəssisləri ölümcül virusun hüceyrələrdə gizlənərək yenidən aktivləşə biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Cənubi Koreyada 10 331 nəfər koronavirusa yoluxub, 192nəfər isə ölüb./oxu.az

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR