COVID-19-la bağlı tez-tez verilən sualların CAVABLARI

23.03.2020 17:18

Koronavirus infeksiyası və onun törətdiyi xəstəliklə bağlı (COVİD-19) səhiyyə işçilərinin məlumatlılığı hər gün artmaqdadır.

Alimlərin əldə etdikləri məlumatlar və çoxsaylı ölkələrdə fəaliyyət göstərən tibb işçilərinin təcrübəsi mütəmadi olaraq təhlil edilir, onların nəticəsində müvəqqəti və ya daimi tövsiyələr və təlimatlar hazırlanır.

Burada koronavirus və COVİD-19 xəstəliyi ilə bağlı hər birimizi maraqlandıran suallara cavablar verilib. Məlumatlar davamlı olaraq yeniləndiyi üçün bu bölməyə vaxtaşırı baş çəkməyiniz tövsiyə olunur.

Koronavirus nədir?

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19 virusunun əlamətləri hansılardı?

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır.

Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

Virus necə yayılır?

2019‑nCoV xəstəliyinə yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür.

İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

COVİD-19-a səbəb olan virus hava yolu ilə keçir?

Mövcud elmi məlumatlara əsasən, asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir.

BAKU.WS

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR