NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib

17.02.2020 09:13

NASA İnstaqramda orbitdən çəkilmiş gümüşü buludların fotolarını yerləşdirib.

"Bu buludları yalnız günəş üfüqdə batarkən onları işıqlandırdıqda görmək olar", - NASA izah edib.

Şəkillər Beynəlxalq Kosmik Stansiyadan yer səthindən təxminən 433 kilometr hündürlükdə Sakit okeanın cənub hissəsi üzərindən çəkilib.

Qeyd olunur ki, gümüşü buludlar planetimizin atmosferində ən yüksəkdə olanlarıdır. Onlar yerdən 76-85 kilometr hündürlükdə mezosfer qatında əmələ gəlirlər.

© xezerxeber.az

FOTOQALERIYA






128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR