Adi bildirçin İspaniyada və Portuqaliyada “İlin quşu” seçilib

27.01.2020 22:20

Portuqallar və ispanlar adi bildirçini 2020-ci ilin quşu seçiblər.

AZƏRTAC xəbər verir ki, bildirçin Portuqaliya Quşları Öyrənmə Cəmiyyəti (SPEA) ilə İspaniya Ornitologiya Cəmiyyəti (SEO/BirdLife) tərəfindən təşkil edilmiş səsvermədə seçilib.

SPEA tərəfindən açıqlanmış bəyanatda deyilir ki, bildirçin Portuqaliyada hələ də adi quş hesab edilir. Lakin ölkədə çöllərin təbii müxtəlifliyinin yoxa çıxmasının qarşısının alınması istiqamətində tədbirlər görülməsə, bu quş tezliklə daha adi hesab edilməyəcək.

Portuqaliyanın kənd təsərrüfatı praktikasında dəyişikliklərin baş verməsi, ovçuluq, iqlim dəyişmələri nəticəsində son on ildə ölkədə bildirçinlərin yayılma arealı 30 faiz azalıb. Bu quş tum, dənli bitkilər və xırda onurğasızlarla qidalanır. Kənd təsərrüfatında herbisidlərin və insektisidlərin geniş istifadə olunması da bu quşun populyasiyasına mənfi təsir göstərib.

İberiya bildirçininin populyasiyası Qərbi Avropada ən əhəmiyyətli məsələlərdən biridir.

Son 20 ildə İspaniyada bildirçinlərin sayı 70 faiz azalıb, Portuqaliyada isə bu növün sayı 100 mindən çox deyil.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2020 17:54

Şamaxıda zəlzələ olub

ÇOX OXUNANLAR