Bunu edəndə üzünüz qızarırsa... - DİQQƏTLİ OLUN!

19.01.2020 11:37

Pivə içəndə üzünüz qızarırsa, dərhal içməyi dayandırın. Alkoqollu içkilər əksər ziyafətlərin və şənliklərin ayrılmaz hissəsidir. Pivə, şərab, araq, rom, bir çox kokteyli... içməyi kim sevmir ki?Ancaq alkoqoldan üzünüz qızarırsa, diqqətli olun! Alkoqol qəbul edərkən üzdə qızartı əmələ gəlməsi sizin ona qarşı dözümsüzlüyünüzü göstərir.

XəzərXəbər xəbər verir ki, bu adətən ürək bulanması və baş ağrısı ilə müşayiət olunur. Buna səbəb orqanizmdə asetaldehidin yığılmasıdır. Çox zəhərli və kanserogen bir maddədir. Əgər anadangəlmə dözümsüzlük yoxdursa, qaraciyərdə spirt dərhal daha zərərsiz asetata çevrilir. Əgər dözümsüzlük varsa, onda asetaldehidin asetata çevrilməsi daha uzun müddətə baş verir.

Nəticədə, daha çox sərxoş olursunuz, daha ağır nəticələr hiss edirsiniz. Bu da ağız və boğaz xərçənginə tutulma riskini artırır. Anadangəlmə dözümsüzlük müalicə edilmir. Bu, Çin və Şərqi Asiyanın digər sakinləri arasında çox yayılıb - bütün Şərqi asiyalıların üçdə birinində spirtə qarşı anadangəlmə dözümsüzlük var.

Əlbətdə bunda bir üstünlük də var: onları ya sərxoşluq, ya da alkoqolizm təhdid etmir. Beləliklə, spirt içdikdən sonra üzün qızarması genetik pozğunluq da ola bilər.

publika.az

© xezerxeber.az


210 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR