Uşağın 26 bəndlik Milad tələbi gülüş doğurdu - SİYAHI

17.11.2019 17:12

On yaşlı qızın Milad bayramı üçün 26 bəndlik hədiyyələr siyahısı sosial şəbəkə istifadəçilərində gülüş doğurub.

Qızın atası əllə yazılmış siyahının şəklini çəkərək özünün "Twitter” səhifəsində yerləşdirib.

"Mənim 10 yaşlı qızım, deyəsən, dəli olub”, - yazaraq ata şəkli şərh edib.

Uşağın Santa Klausa ünvanladığı 26 sətrlik siyahıda 4 min dollar, "AirPods” qulaqcıqları, yeni "MacBook Air”, "Go Pro” kamerası, geyim, kosmetika və "Chanel” parfümü də yer alıb. Lakin məktubda əsl dovşan və onun üçün paltar kimi uşaq istəkləri də olub.

Uşağın böyük məbləğdə pul istəməyi sosial şəbəkə istifadəçilərini güldürüb. Tviti oxuyanlar zarafatla şərh yazıblar ki, qız pulu alan kimi evdən getməyi planlaşdırır.

"@a_johnson412” nikli atanın tviti 122 min bəyənmə və 23 min retvit toplayıb./oxu.az

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

12.12.2019 14:56

Mbappe PSJ-dən gedir?

ÇOX OXUNANLAR