İtkin düşən turisti balinanın qarnından tapdılar

07.11.2019 15:35

Fransaya məxsus Reyunyon adasındabalina şotlandiyalı turisti yeyib.

"Daily Mail”in verdiyi xəbərə görə, üzmək üçün Hind okeanına yollanan 44 yaşlı turistdən xəbər alınmayıb.

Helikopter, dalğıclar və itlərinköməyilə axtarış başlasa da, uğursuzluqla nəticələnib.

Bir neçə gün sonra turistlərin dincəldiyi çimərlikdə balina olduğu bildirilib.

Zərərsizləşdirilən balinanın qarnından barmağında üzük olan kişi əli tapılıb. Arvadı üzüyün itkin düşən ərinəaid olduğunu bildirib.

Qeyd edək ki, Reyunyon adası Hind okeanı sahilində, Fransaya məxsus adadır. Son üç il ərzində bu adanın sahilində dincələn adamlara 24 köpəkbalığı hücum edib, onlardan 11-i ölümlə nəticələnib./oxu.az

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

12.11.2019 11:44

İran Avropaya cavab verdi

ÇOX OXUNANLAR