Yuxuda bu insanı görmüsünüz?

07.11.2019 09:47

Uzun illərdir internetdə fenomenə çevrilmiş "Bu Adam” (This Man) tam açıqlanmayan bir obrazdır. İnsanların yuxuda gördüyü iddia edilən bu sirli varlığı incələyək.

Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

2006-cı ilin yanvarında Nyu-Yorkda məşhur psixiatrın xəstəsi daha əvvəl görmədiyi insanın yuxuda ona həyatıyla bağlı tövsiyələr verdiyini bildirir. O, yuxuda gördüyü şəxsin şəklini çəkib psixiatra göstərir.

Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

Bir neçə gün sonra başqa bir xəstə həmin şəkli görür. Bu, onun da yuxusuna girən adamın şəkliydi. O da yuxusuna girəni daha əvvəl görmədiyini söyləyirdi. Psixiatr həmin şəkli həmkarlarına göndərir. Bir neçə ayda onu yuxuda gördüklərini söyləyən daha 4 xəstə gəlir.

Şəklin çəkildiyi vaxtdan indiyədək Los-Ancelsdən, Tehrandan, Parisdən, Moskvadan və digər bölgələrdən 2000-dən çox insan şəkildəki obrazı yuxuda gördüyünü söyləyib. Fenomenə çevrilən şəxsi tapmaq üçün bir çox ölkədə elanlar yerləşdirilib.
Bəs niyə bu sirli adam insanların yuxularına girir? Bunun hər hansı qorxunc açıqlaması var? Bu müstəvidəki nəzəriyyələrdən ilki Model nəzəriyyəsidir. Nəzəriyyəyə görə, bu şəxs insanların alt şüurunda yatan bir obrazdır və yalnız çətin vaxtlarda (dramatik dəyişikliklər, stressli hallar) üzə çıxır, elə buna görə də yuxulara girir.

Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

Bu adam psixoloji bacarıqlarından istifadə edərək yuxulara girə bilən bir "yuxu tədqiqatçısı" ola bilərmi?

Bu cür nəzəriyyələr elmi cəhətdən tam sübut olunmayıb. Bəziləri həmin şəxsin insanların yuxularına girməyi bacaran bir psixoz olduğuna inanırlar. Niyə minlərlə şəxsin onu yuxuda gördüyü məlum deyil.

Yuxuda bu insanı görmüsünüz? Minlərlə insanın yuxularına girən, sirri açılmayan əsrarəngiz adam

ThisMan.org bu adamı yuxuda görənlər üçün açılmış saytdır. Burada bir çox dildə məlumatlar, elanlar yerləşdirilib.

publika.az

© xezerxeber.az


91 dəfə oxunub

XƏBƏRLƏR

12.11.2019 11:44

İran Avropaya cavab verdi

ÇOX OXUNANLAR