Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Daha bir YENİLİK - Bağlamaları evlərə dronlar çatdırmağa başladı

22.10.2019 13:04

"Wing" şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb.

XəzərXəbər ICTnews-a istinadən bildirir ki, "Alphabet" holdinqinin tərkibinə daxil olan "Wing" şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları birbaşa evlərə çatdırmağa başlayıb. Layihədə, həmçinin "FedEx Express" və "Walgreens" şirkətləri iştirak edirlər. İndi Virciniya ştatında Krisçenberq şəhərinin sakinləri yemək, şirniyyat və dərmanları birbaşa evə sifariş edə biləcəklər.

"Wing" şirkəti yemək və dərmanlardan başqa elektronika cihazlarının evlərə çatdırılmasına çox böyük önəm verir.

"Wing" şirkətinin nümayəndələri əmindirlər ki, bağlamaların çatdırılması xidmətinin istifadəyə verilməsindən sonra bir çox şirkətlər dronların köməyi ilə kiçik yüklərin çatdırılması şəbəkəsinin inkişafında maraqlı olacaqlar.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR