Əlif Şəfəqin “Eşq”i satın alındı – Yeni layihə

18.10.2019 15:03

‘‘Netfix‘‘ şirkəti Əlif Şəfəqin ‘‘Eşq‘‘ əsərini satın alıb. Kitab əsasında serial çəkiləcəyi gözlənilir.

Serial layihəsinin nə zaman start götürəcəyi, orada kimlərin rol alacağı hələ açıqlanmayıb.

Populyar ‘‘Eşq‘‘ romanı Türkiyədə 850 mindən artıq tirajla satılıb, 37 dilə tərcümə olunub. Kitabda hadisələr 2 hissəyə, 2 zamana ayrılır: Mövlanə Cəlaləddin Rumi və çağdaş dövr. Bütöv mətnin təməlində isə eşq dayanır.

‘‘Mən eşqi izah etmək istədim. Həm mənəvi, həm də dünyəvi ölçülərdə yazdım‘‘ – deyə yazıçı qeyd edib.

teleqraf

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR