Alimlər tez-tez qəzəblənən insanlar haqqında ŞOK FAKTI AÇDI

13.06.2019 11:17

Səhiyyə xidməti inkişaf etmiş ölkələrdə uzunömürlü insanların sayı artır.

Bu nəticəyə Cənub Danimarka Universitetinin alimləri gəlib.

"Live Science” jurnalında çıxan məlumata görə, araşdırma zamanı ekspertlər 1870 və 1904-cü illər arasında yüz yaşı haqlamış 16931 nəfərin anadan olduğunu müəyyən edib. Onlardan 10,995-i isveçli, qalanları danimarkalı olub. Alimlər bununla da uzun ömürlü şəxslərin Danimarkada İsveçdən daha çox olduğu qənaətinə gəliblər. Bununla belə İsveçdə ümumi ölüm nisbəti Danimarkadan daha aşağı olub. Alimlərin sözlərinə görə, bu fərq Danimarkada sağlamlıq göstəricilərinin yaxşılaşdırılması ilə bağlıdır.

May ayının əvvəlində Kanadanın Konkordia Universitetinin mütəxəssisləri də insanların ömrünə təsir edən amilləri araşdırıb. Kanadalı alimlər isə bu qənaətə gəlib ki, tez-tez qəzəblənən insanlar digərlərindən daha çox iltihab və xroniki xəstəliklərdən əziyyət çəkirlər və orta hesabla daha az yaşayırlar./publika.az

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR