Xəzər Xəbər

DİQQƏT! Koronavirusun yaratdığı təhlükəli fəsadları açıqladı

Maraqlı | 10:41 • 30 Noyabr 2020
DİQQƏT!

"Koronavirus infeksiyası damarlarda qan laxtalanmasına və miokard infarktına səbəb olur”.


Bunu Rusiyanın 2 saylı Müharibə Veteranları Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Sergey İvanov "Qovorit Moskva” radiosuna müsahibəsində deyib.


Şöbə müdiri əlavə edib ki, koronavirusa yoluxanlarda qan laxtalanmasının artması ürək əzələsinin damarlarına da təsir edir:


"Bu səbəbdən virusa yoluxan insanlarda ürək əzələsinin toxuması ciddi zədələnir və nəticədə bir çox xəstələrdə miokardit (ürək əzələsinin iltihabı) yaranır”.


S.İvanovun sözlərinə görə, COVID-19-un kəskin mərhələsində əksər xəstələrdə II dərəcəli miokard infarktı inkişaf edir: "Yoluxmadan bir neçə ay sonra zəifləmiş xəstələrdə taxikardiyaya (sürətli ürək döyüntüsü) da rast gəlinir”./Metbuat.az


Ramil

Xəbər lenti