Xəzər Xəbər

Virusun ikinci dalğası nə zaman gəlir?

Maraqlı | 18:32 • 8 Avqust 2020
Virusun ikinci dalğası nə zaman gəlir?

Koronavirusun ikinci dalğasının bu ilin sentyabr-oktyabr aylarında baş verməsi gözlənilir. Yeni başlanğıcın əsas səbəbi kimi kurort bölgələrinə üz tutan turistlərin COVID-19-a yoluxması iddia edilir.


Virusoloq, tibb elmləri doktoru, professor Anatoli Altşteyn insanın virusa harada yoluxmasının fərqi olmadığını deyib.


"İndi virus hər yerdə var. Nisbətən danışsaq, elə də böyük fərq yoxdur: Kurortlara üz tutmaq və ya evdə qalmağın fərqi yoxdur, virusla hər yerdə qarşılaşmaq ehtimalı eyni dərəcədədir. Lakin payızda Sars-CoV-2-nin ikinci dalğası, ehtimal ki, hələ də qalacaq”, - ekspert açıqlamasında qeyd edib.

Xəbər lenti