Xəzər Xəbər

Koronavirusa görə ən çox ölüm halı bu ölkədə yaşanır Əhalisinin sayı 11 milyondur

Maraqlı | 12:22 • 3 İyul 2020
Koronavirusa görə ən çox ölüm halı bu ölkədə yaşanır

Koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya üzrə koronavirusa yoluxanların sayı 10 milyon 900 min, ölənlərin sayı isə 520 mindən çoxdur.


Koronavirusa görə ölənlərin sayı üzrə ən yüksək rəqəmlər ABŞ, Braziliya və Britaniyada olsa da, əhali nisbətinə görə ən çox ölüm halı Belçikada baş verir. Belə ki, əhalisinin sayı 11 milyon olan Belçikada 61 mindən çox insan koronavirusa yoluxub, 9761 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib. Bu isə 1 milyon əhali payına düşən ölüm sayının 842 olması deməkdir və worldometers-in statistikasına görə bu ən yüksək rəqəmdir.


Bundan əlavə, Çili koronavirusa yoluxanların sayına görə ilk onluğa daxil olub və yeddinci yerdə qərarlaşıb. Cənubi Amerika ölkəsi olan Çilidə 284 mindən çox insanda Covid-19 virusu aşkarlanıb. Bu ölkədə 6 minə yaxın insan koronavirus səbəbi ilə dünyasını dəyişib.


Qeyd edək ki, Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Milli.Az

Xəbər lenti