Xəzər Xəbər

Feysbuk koronavirusu yayır? – Bill Qeytsdən ŞOK AÇIQLAMA

Maraqlı | 13:56 • 2 İyul 2020
Feysbuk koronavirusu yayır?

"Microsoft” korporasiyasının təsisçisi, məşhur milyarder Bill Qeyts koronavirusun sürətlə yayılmasında sosial şəbəkələrin böyük təsirinin olduğu fikrini irəli sürüb.


XəzərXəbər xəbər verir ki, Qeyts xüsusilə Feysbukun məsuliyyət daşıdığını bildirib.


"ABŞ-da koronavirus Feysbuk kimi sosial media platformalarında yayılan yanlış məlumatlara görə sürətlə yayıldı. Təəssüf ki, sosial şəbəkələrdə bunlar baş verir”, - o bildirib.


Qeyts tibbi maskadan istifadə etməyin vacibliyinə də toxunub. Bildirib ki, bəzi insanlar başqalarını yoluxdurmaq riskinə baxmayaraq, maska taxmamağı azadlığın simvolu kimi qəbul edir və bu başa düşülən deyil.

Xəbər lenti