Xəzər Xəbər

Ağcaqanadlar koronavirus yayır? Alimlərdən şok açıqlama

Maraqlı | 14:27 • 26 May 2020
Ağcaqanadlar koronavirus yayır?

Kanadada yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı bir gündə 190 nəfər artaraq, 6 637-ə çatıb. Virusa ümumi yoluxanların sayı 85 711 nəfərdir. Digər tərəfdən, Alberta Sağlamlıq Xidmətləri rəhbəri həkim Dena Xinşoy COVID-19-un ağcaqanadlar vasitəsilə yayılıb-yayılmadığına dair fikrini bildirib.

Həkim Dena Xinşoy sosial şəbəkə hesabında koronavirusun bu günə qədər ağcaqanadlar vasitəsilə yayıldığını göstərən sübutun olmadığını yazıb:

"Bu virus kiminsə ağız, burun ifrazatı, öskürmə və asqırma zamanı hava-damcı yolu ilə yayılan infeksiyadır".

Manitoba Universitetinin viruslar üzərində apardığı araşdırma ilə tanınan alimi Conson Kindraçuk da bildirib ki, ağcaqanadlarda koronavirusla bağlı hər hansı ünsür tapılmayıb./Teleqraf.com

Xəbər lenti