Xəzər Xəbər

Pasiyentlərdə koronavirusun şiddəti kalkulyatorla hesablanacaq

Maraqlı | 12:49 • 21 May 2020
Pasiyentlərdə koronavirusun şiddəti kalkulyatorla hesablanacaq

Çinli alimlər xəstələrdə koronavirus infeksiyasının ağır formada inkişafını proqnozlaşdıran onlayn kalkulyator hazırlayıblar.

Bu barədə "İzvestiya” məlumat yayıb.

COVID-GRAM adlanan bu yenilikdən hər kəs istifadə edə biləcək. Onlayn kalkulyatorun xüsusən həkimlər və tədqiqatçılar üçün faydalı olacağı iddia olunur.

O da vurğulanır ki, kalkulyator hələ tam sınaqdan keçməyib və dəqiq diaqnoz vasitəsi ola bilməz: sadəcə, həkimlərə pasiyentləri hansı şöbəyə yerləşdirmək barədə qərar verməkdə kömək edə bilər./oxu.az

Xəbər lenti