Xəzər Xəbər

Meşədə itkin düşən azyaşlı tapıldı FOTO

Maraqlı | 14:56 • 25 Fevral 2020
Meşədə itkin düşən azyaşlı tapıldı

Rusiyanın Dağıstan Respublikasında meşədə itkin düşən uşaq tapılıb.

Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin "İnstagram” hesabında məlumat verilib.

Fevralın 22-də bir qadın Polis İdarəsinə müraciət edərək oğlunun itkin düşdüyünü bildirib.

O, üç yaşlı oğlunun səhər saatlarında evdən çıxdığını və geri qayıtmadığını deyib.

Uşağın axtarışına xilasedicilər, kinoloqlar və bir neçə kənddən könüllülər qoşulub.

Azyaşlı bir gün sonra yaşadığı Qəlib kəndinin 2,5 kilometrliyindən tapılıb.

Uşağı helikopterlə Mahaçqala Respublika Xəstəxanasına çatdırıblar.

Onun vəziyyəti orta ağır qiymətləndirilir: üzü, əlləri və ayaqları donsa da, azyaşlının həyati təhlükəsi yoxdur.

oxu.az

Xəbər lenti